Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyartonu Cənubi Qafqazdakı münaqişədən sonrakı dövr barədə məlumatlandırıb.

O, bu barədə tviter hesabında paylaşım edib.

Qeyd olunub ki, nazirlər arasında görüş Polşanın Lodz şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirakı çərçivəsində baş tutub.

Tərəflərin həmçinin ikitərəfli əməkdaşlığı və qarşılıqlı əlaqələrin perspektivini müzakirə etdikləri bildirilib.
 

.