Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 31-də Türkiyəyə səfər edəcək.

Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib.

Səfər çərçivəsində Ankarada Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.

.