
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Londonda keçirilən Ukraynanın Bərpası Konfransı çərçivəsində Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə görüşüb.
Bu barədə Azərbaycan XİN-in "Twitter" hesabında məlumat verilib.
"Tərəflər Azərbaycan və Britaniya arasında dostluq münasibətlərini vurğulayıblar və onun genişləndirilməsi üçün birgə addımları müzakirə ediblər. Regionda sabitliyin və sülhün təmin edilməsinə yönəlmiş əməkdaşlığın daha da gücləndirilməsi vurğulanıb", - Azərbaycan XİN bildirib.
Ceyhun Bayramov ATƏT Baş katibi ilə görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Londonda keçirilən Ukrayna Bərpa Konfransı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmitlə görüşüb.
Bu barədə Azərbaycan XİN-in "Twitter" hesabında məlumat verilib.
Görüş zamanı Azərbaycan və ATƏT arasında əməkdaşlıq gündəliyi, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.
Azərbaycan XİN rəhbəri regionda münaqişədən sonrakı vəziyyət və reallıqlar barədə ATƏT Baş katibinə məlumat verib:
"Azərbaycanın Ermənistanla sülh prosesinə sadiqliyi bir daha vurğulanıb".
.