Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın sədrliyi altında ATƏT-ə üzv dövlətlərin daimi nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada iştirak edib.

Bu barədə Azərbaycan XİN-in "Twitter" hesabında məlumat verilib.

"Görüşdə ATƏT-in əməkdaşlıq gündəliyi və Azərbaycan - Ermənistan münaqişədən sonrakı məsələlər ətrafında səmərəli müzakirə aparılıb", XİN bildirib.

.