İyunun 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Qruşko və Rusiyanın Avropa ölkələrində akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.

Bu barədə XİN-dən bildirilib.

Görüş zamanı Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi, ticarət, humanitar və s. aspektləri, qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan-Rusiya münasibətlərinin inkişafında intensiv qarşılıqlı səfər və təmasların rolunun əhəmiyyətini vurğulayıb.

Görüş iştirakçıları qəbula görə təşəkkür edib və ölkəmizin xarici siyasəti ilə bağlı onları maraqlandıran sualları ünvanlayıblar.

.