Cənubi Qafqazda sülh mühitinin formalaşması ilə Türk dövlətləri və Türkiyə arasında əlaqələrin daha da güclənəcəyinə inanırıq.
Bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Bakıda jurnalistlərə açıqlamasında deyib.
“Ticarət sahəsində gömrük prosedurlarının sadələşdirilməsi, nəqliyyat imkanlarının genişləndirilməsi və yeni ticarət sazişləri ilə Türk dövlətləri arasında ticarətin artırılmasını hədəfləyirik. Hazırda bu ölkələr arasında daxili ticarətin payı təxminən 6%-dən bir qədər çoxdur və biz bunu daha yüksək səviyyəyə çatdırmaq istəyirik.
Ümid edirik ki, bölgədəki gərginliklərə qoşulmadan sabitliyimizi qoruyacağıq və inkişaf yolumuzu davam etdirəcəyik. Bu kontekstdə onu da vurğulamaq istərdim ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev çox təcrübəli və qətiyyətli liderlərdir. Belə çətin və qeyri-sabit dövrlərdə liderlik daha da ön plana çıxır”, - Cevdet Yılmaz qeyd edib.
.
