İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb. Püşkatma nəticələri böyük marağa səbəb olub.
"Atletiko" (Madrid-İspaniya) – "Lester Siti" (İngiltərə)
"Borussiya" (Dortmund - Almaniya) – "Monako" (Fransa)
"Bavariya" (Münhen - Almaniya) – "Real" (Madrid - İspaniya)
"Yuventus" (Turin - İtaliya) – "Bareselona" (İspaniya)
Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılıb
Bu gün eyni zamanda Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə qitənin ikinci dərəcəli klub turnirində çıxışını davam etdirən 8 komanda 4 cütlüyə bölünüb.
Yarışın bu mərhələsində 7 ölkə təmsilçisi çıxış edir. 1/4 finalda yalnız Belçika 2 komanda ilə təmsil olunacaq. Qonşu Türkiyənin mübarizəni davam etdirən yeganə komandası "Beşiktaş”ın da rəqibi Nyonda bəlli olub. Püşk "ağ-qaralar”ı Fransa "Lion”u ilə üz-üzə qoyub.
Avropa Liqası
1/4 final
(13 və 20 aprel)
"Anderlext” (Belçika) - "Mançester Yunayted” (İngiltərə)
"Selta” (İspaniya) - "Genk” (Belçika)
"Ayaks” (Hollandiya) - "Şalke” (Almaniya)
"Lion” (Fransa) - "Beşiktaş” (Türkiyə)
