Cəlilabadda vətəndaşa məxsus iribuynuzlu heyvanlar oğurlanıb. Hadisə ötən gün rayonun Cəfərxanlı kəndində baş verib. Axşam saatlarında tövləyə daxil olan naməlum şəxs və ya şəxslər oradan Şakir Mehdiyevə məxsus iki baş iribuynuzlu heyvanı oğurlayıblar. Təsərrüfat sahibi deyir ki, on baş heyvan arasında satışa çıxarmaq üçün ətlik kimi bəslənən ən iri heyvanlar aparılıb.
Oğurluq nəticəsində təsərrüfat sahibinə iki min manata yaxın ziyan dəyib. Hadisə ilə bağlı polis məlumatlandırılıb. Cinayəti törədənlərin tapılması istiqamətində araşdırmalar davam edir.
