Cəlilabad rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Yenizaman.az Teleqraf.com-a istinadən xəbər verir kİ, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Baş İdarənin Cənub Bölgəsində Regional Şöbə əməkdaşlarının Cəlilabad rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Almas Almasov saxlanılıb.
Saxlanılan şəxsin əlindəki çantadan 3 kiloqram 490 qram çəkidə heroin və 8 kiloqram 10 qram tiryək aşkar olunaraq götürülüb. Almas Almasov ilkin dindirmə zamanı ölkəmizə qanunsuz olaraq qaçaqmal yolu ilə keçirilən həmin narkotik vasitələri qabaqcadan cinayət əlaqəsinə girdiyi tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayətin digər iştirakçılarının da müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


