“Amazon” şirkətinin CEO-su Ceff Bezos 20 iyulda qardaşı ilə birlikdə “New Shepard”la kosmosa uçacaq.

Bu barədə milyarder “Instagram” hesabında yazıb:

“Beş yaşımdan bəri kosmosa uçmaq arzusunda olmuşam. İyulun 20-də bu səyahəti qardaşımla edəcəyəm. Ən yaxşı dostumla ən böyük macəra”.

Bezos bundan başqa məlumat verməyib.

 

 

.