
Azərbaycanın NATO yanında daimi nümayəndəsi Cəfər Hüseynzadə NATO Parlament Assambleyasına (PA) yeni təyin olunmuş baş katib Benedetta Berti ilə görüşüb.
Bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyi "X" hesabında məlumat yayıb.
Qeyd edilib ki, görüş zamanı Azərbaycan və NATO tərəfdaşlığı, Sülh Naminə Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq, NATO Parlament Assambleyasında birgə fəaliyyət, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında səmərəli müzakirələr aparılıb.
.