ABŞ Asiya-Sakit Okean regionunu silahlarla dolduraraq onu "barıt çəlləyinə" çevirir.

Bu barədə Çinin Xarici İşlər Nazirliyi (XİN) ABŞ Müdafiə Nazirliyinin rəhbəri Piter Hegsetin Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumunda səsləndirdiyi fikirlərə münasibət bildirərkən açıqlama yayıb.

ABŞ regionda sülh və sabitliyə əsas təhlükə olaraq göstərilir

"ABŞ Asiya-Sakit Okean regionunda sülh və sabitliyin əsas pozucu amilidir. Onlar öz hegemonluğunu qorumaq və guya Hind-Sakit Okean strategiyasını həyata keçirmək üçün Cənubi Çin dənizi regionuna hücum xarakterli silahlar yerləşdirərək bölgədə gərginlik yaradır və onu barıt çəlləyinə çevirir", - deyə Çin Xarici İşlər Nazirliyinin rəsmi saytında yayımlanan açıqlamada bildirilib.

.