ABŞ daim təxribatlar törətməklə sülh və sabitliyi pozur və Tayvan boğazında təhlükəsizlik riskləri yaradır.

Bu sözləri Çin Xalq Qurtuluş Ordusunun (PLA) Şərq Mübarizə Komandanlığının nümayəndəsi Şi İ deyib.

O qeyd edib ki, sentyabrın 17-də “USS Barry” raket esminesi Tayvan boğazından keçib, PLA Şərqi Mübarizə Komandanlığı gəmini boğazdan keçən bütün marşrut boyunca izləyib və müşayiət edib.

“ABŞ daim bu cür təxribatçı hərəkətlər edir. Bu, ABŞ-ın Tayvan boğazında sülh və sabitliyi pozaraq təhlükəsizlik riskləri yaratdığını nümayiş etdirir”, - deyə Çin nümayəndəsi bildirib.

O, Çin hərbçilərinin milli suverenliyi və təhlükəsizliyi, eləcə də regional sülh və sabitliyi qətiyyətlə müdafiə etməyə hazır olduğunu vurğulayıb.

Mənbə: “RİA Novosti”

.