Azərbaycanla Özbəkistanın balanslaşdırılmış və təmkinli siyasəti hər kəs tərəfindən alqışlanır.

Bu barədə Özbəkistanda səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa bəyannaməsi ilə münasibətlər müttəfiqlik səviyyəsinə qalxıb.

“Azərbaycanın şanlı zəfəri ilə əməkdaşlığın tərəfdarı olan ölkələr üçün Cənubi Qafqazda yeni fürsətlər ortaya çıxıb. Bunu qiymətləndirməyə dəvət edirik. Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləyirik. Şərqi Zəngəzur və Qarabağ bölgəsində yenidənqurma işlərinə lazım olan dəstəyi veririk”.

.