Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 7-8 iyul tarixlərində İndoneziyada keçiriləcək G20 xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd olunub ki, iclas zamanı ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər çərçivəsində nazir Çavuşoğlunun ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.

.