Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakının işğaldan azad olunmasının 104-cü ildönümü ilə bağlı "Twitter"də paylaşım edib.

Paylaşımda deyilir:

“Bakının işğaldan azad edilməsinin 104-cü ildönümünü təbrik edir, qəhrəman şəhidlərimizi rəhmət və minnətdarlıqla yad edirik.

Türkiyə və Azərbaycan daima tək səs, tək ürək!”

.