
“Avropa İttifaqına üzvlük bizim üçün strateji hədəfdir”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu portuqaliyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Portuqaliya XİN başçısı ilə Aİ və Türkiyə arasında əməkdaşlıq müzakirə olunub:
“Aİ-yə üzvlük bizim üçün strateji hədəfdir, amma Aİ də qərar verməlidir. Gömrük, viza liberallaşması sahələrində addımlar atıla bilər, ancaq Aİ-nin bu addımlardan geri durduğunu görürük”.
Portuqaliya XİN başçısı Juo Kravinyo isə öz növbəsində bildirib ki, onun ölkəsi hər zaman Türkiyənin Aİ-yə üzvlüyünü dəstəkləyib. “Biz Türkiyə ilə yüksək səviyyədə dialoqu hər zaman saxlamalıyıq”, - o vurğulayıb.
Türkiyə və Portuqaliya XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu portuqaliyalı həmkarı ilə Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib.
Bu barədə Çavuşoğlu Portuqaliya XİN rəhbəri ilə birgə mətbuat konfransında bildirib.
O, portuqaliyalı həmkarlı ilə Cənubi Qafqazdakı vəziyyəti də müzakirə etdiklərini diqqətə çatdırıb.
.