Beynəlxalq Valyuta Fondu (BVF) bu il Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbətinin 12,8% təşkil edəcəyini proqnozlaşdırır.

BVF-nin Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook Update" adlı hesabatının verdiyi məlumata görə, gələn il isə icmal büdcənin kəsirinin ÜDM-ə nisbəti 9,7% olacaq.

Qeyd edək ki, ötən il icmal büdcəsinin profisitinin ÜDM-ə nisbəti 8,4%-ə bərabər olub.
.