Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2017-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 12 mlrd. 45,1 mln. manat vəsait daxil olub.

"APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə büdcədən 12 mlrd. 783,7 mln. manat vəsait xərclənib.
Büdcənin icrasında yaranmış 738,6 mln. manatlıq kəsir ümumi daxili məhsulun 1,5%-i səviyyəsində olub.
.