Bu gün Azərbaycanda vətəndaşlara saxta COVID pasportu verən həkimlər də var.

Bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

O qeyd edib ki, həmin şəxslər müəyyən edilərək cəzalandırılacaq: "Bu gün vaksin olunub, COVID-ə yoluxanlar istintaq əsasında məlum olur ki, onlar saxta pasport alıblar. Həmin şəxslər hazırda ağır reanimasiya vəziyyətindədir. Bu şəxslər hazırda məsuliyyətə cəlb edilir. İnsanlar nəinki öz həyatı ilə oynayır, həm də dövlətin siyasətinə xələl gətirirlər. Bütün müvafiq dövlət orqanları bununla mübarizəni davam edəcəkdir. Bir daha xəbərdarlıq edirik ki, saxta pasport verən müəssisələr məsuliyyətə cəlb ediləcəkdir"

Peyvənd vurdurmayıblar, indi isə reanimasiyadadırlar 

Vaksinin effektiv olması heç kəsdə şübhə doğurmamalıdır. Bu, nəzəriyyə deyil, faktdır.

Bunu Prezidentin köməkçisi Şahmar Mövsümov bu gün keçirilən brifinqdə bildirib.

O, eyni zamanda saxta pasportlar verən həkimlər haqqında danışıb: “Təəssüf ki, belələri var. Bir neçə halda istintaqdan sonra bəlli olub ki, onlar faktiki olaraq peyvənd vurdurmayıblar. Bu gün onlar reanimasiyadadır.

Bütün bunlar araşdırılır. Bununla bağlı cinayət işləri açılır. Bunlar xoşagəlməz məsələlərdir. Dövlətin siyasətinə xələl gətirirlər. Statistikanı pozurlar. Bununla bağlı mübarizə davam edəcək və ciddi şəkildə məsuliyyətə cəlb olunacaq”.

.