İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. 

19 sentyabr 2023-cü il tarixində isə  Azərbaycanın müzəffər ordusu Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri başladı.

24 saat ərzində ordumuzun peşəkarlığı və qətiyyəti nəticəsində Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Görülən tədbirlər nəticəsində Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyaraq təslim oldular.Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxıldı, paralel şəkildə isə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Sentyabrın 21-də Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçirildi. Görüşün gündəliyində isə onların Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirəsiidi.
Sentyabrın 27-si isəQarabağdakı separatçı rejimin keçmiş "dövlət naziri", milyarder Ruben Vardanyan Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və qandallı şəkildə Bakıya gətirilib.

Sentyabrın 28-i separatçı rejimin rəhbəri Samvel Şahramanyan qanunsuz –cinayətkar rejimin - "Dağlıq Qarabağ Respublikasının (Arsax)" mövcudluğuna son qoyulması barədə fərman imzalayıb. Bu rejimin bütün "dövlət qurumları" və "təşkilatları" 1 yanvar 2024-cü il tarixinədək buraxılacaq.
Yerli erməni əhaliyə, o cümlədən xaricdə olanlara Qarabağda qalmanın (qayıtmanın) mümkünlüyü barədə müstəqil və fərdi qərar qəbul etmək məqsədilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtlərilə tanış olmaq təklif edilib. 

Bu Azərbaycanın  növbəti tarixi hərbi və siyasi  qələbəsidir. Azərbaycan  dövləti ölkəmizin ərazi bütövlüyünü və suverenliyini nfv bərpa etdi. 
Bu gün hər bir azərbaycanlı kimi Yeni Zamanin  partiyasının  üzvləri də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun tarixi nailiyyətinə sevinir,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasəti dəstəkləyir və tarixi Qələbə münasibətilə Ali Baş Komandan cənab İlham Əliyevi, müzəffər ordumuzu və xalqımızı təbrik edirik!                              

Allahdan qəhrəman şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfalar diləyirik!

Yeni Zaman partiyasının sədri Musa Ağayev


 

.