“Bakı məktəblərində Yeni illə bağlı kütləvi tədbirlərin keçirilməsi gözlənilən deyil”.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, məktəblərə sözügedən məsələ ilə bağlı tapşırıqlar verilib: “Biz artıq bu haqda məktəb müdiriyyətlərinə məlumat vermişik. Hansısa bir neqativ hal varsa, biz o neqativ hala qarşı müvafiq addımlar atırıq. Əgər valideynlər hansısa bir şənlik təşəbbüsü ilə çıxış edərsə, biz onun qarşısını ala bilmərik. Hər hansı bir neqativ hal və ya fakt olarsa, idarəyə müraciət edilə bilər”.

.