"Məktəb direktorunun yayılan səs yazısı ilə bağlı araşdırma aparılır"

Bunu, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deyib.

"Bu məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmaların nəticələri barədə ictimaiyyətə açıqlama veriləcək. Müxtəlif istiqamətlər üzrə günahı olan şəxslər var. Bütün bunların hamısına hüquqi qiymət veriləcək", - o əlavə edib.

Qeyd edək ki, sosial şəbəkələrdə 189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Quliyevanın müəllimlərdən pul yığılması ilə bağlı səs yazısı yayılıb.

.