Böyük Britaniya hökuməti Azərbaycanda minalarla mübarizəni dəstəkləmək üçün əlavə 500 min funt-sterlinq ayırıb.

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld tviterdə paylaşım edib.

Qeyd edilib ki, bu vəsait Azərbaycanın Minatəmizləmə Agentliyi və BMT-nin Azərbaycandakı İnkişaf Proqramı ilə tərəfdaşlıq çərçivəsində mina təmizləmə sahəsində Azərbaycanın potensialının artırılmasına və Böyük Qayıdışın təhlükəsizliyinin təmin edilməsinə yönəldilib.

hökuməti -da minalarla mübarizəni dəstəkləmək üçün əlavə £500,000 ayırıb.

Bu vəsait @ANAMA_gov_az və @UNDPAzerbaijan ilə tərəfdaşlığımız çərçivəsində mina təmizləmə sahəsində –ın potensialının yaradılmasına və Böyük Qayıdışın təhlükəsizliyinin təmin edilməsinə yönəldilib. pic.twitter.com/5iaNcXSngV

— FergusAuldFCDO (@FergusAuldFCDO) August 8, 2023
.