Bu gün artıq qərara gəldik ki, əməkdaşlığımızın yeni səhifəsini açaq və daha səmərəli əməkdaşlığa başlayaq.

Bunu aprelin 13-də Sarayevoda Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç Prezident İlham Əliyev ilə birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.


Xanım Jelka Tsviyanoviç iki ölkə arasındakı əməkdaşlıq barədə danışıb: “Fürsətdən istifadə edərək, Prezident İlham Əliyevə və ölkənizə 2014-cü ildə ölkəmizdə baş verən daşqın zamanı göstərilmiş yardıma görə təşəkkür edim. Bizim xalqımız böyük çətinliklərlə üzləşmişdi, Azərbaycan o zaman bizim yanımızda oldu. Daha sonra pandemiya dövründə də Azərbaycan bizə yardım etdi”.

.