Borclar da miras olaraq yaxınlarımıza keçirsə - İntihar çıxış yolu deyil!

5,850 oxunub

Son zamanlar insanlar bir sıra problemlərdən çıxış yolu kimi məhz intiharı seçirlər. Bəs intihar həqiqətən də çıxış yoludurmu?

Dolların manat qarşısında möhkəmlənməsi insanların dollarla olan kredit borclarının artmasına səbəb olub. Borcu vaxtında ödəyə bilməyən insanlar intihar etməklə bu problemdən azad olacaqlarını hesab edirlər. Lakin, borcun miras kimi övladlarına, ailə üzvlərinə keçdiyindən xəbərsizdirlər.

Hüquqşünas Müzəffəs Baxışov AzNews.az-a bildirib ki, insan intihar etdikdə onun banka və ya digər borcu varsa, bu borc onun ailə üzvləri tərəfindən ödənilir:

"Əgər onun əmlakı varsa, bu əmlak vərəsəlik qaydasında vərəsələrə keçirsə, vərəsələr həmin əmlak həcmində kreditor qarşısında məsuliyyət daşıyır. Məsələn, əgər ölən şəxsin 100 min manat borcu və 200 min manatlıq əmlakı varsa, bu zaman varislər 100 min manatı tam şəkildə ödəməlidir. Yox əgər onun 100 min manat borcu və 10 min manatlıq əmlakı varsa, əmlak keçir vərəsələrə. Vərəsələr həmin borcdan 10 min manatı ödəməyə borcludurlar. Vərəsələr yalnız ölən şəxsin heç bir əmlakı olmadığı təqdirdə borcu ödəməkdən azad olurlar.”

Hüquqşünas qeyd edib ki, intihar edən şəxsin ailə üzvlərindən və yaxınlarından kimsə kredit alınması zamanı ona zamin göstərilibsə, ölən şəxsin heç bir əmlakı olmasa belə zaminlər borcu ödəməyə məcburdurlar: "Kredit müqaviləsi üzrə zaminlər istənilən halda öhdəlikləri icra etməli, borcu bütünlüklə ödəməlidir.”

.
XƏBƏRLƏR 27-09-2026
09:03 Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra müdafiə nazirini vəzifəsindən azad edib
08:29 Əraqçi: Şərtlərimizdən geri çəkilməyəcəyik; Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
08:26 Azərbaycan XİN 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
08:15 Pezeşkian: Məkkə ittifaqı müsəlmanların birləşməsi üçün atılmış addımdır
08:10

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

08:03 Prezidentin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
26-09-2026
20:01 Tramp: Putin və Zelenski bəlkə də qışdan əvvəl razılaşma əldə edəcəklər
19:50 Lavrov Ukraynada müharibə başlayandan sonra ilk dəfə Almaniyanın xarici işlər naziri ilə görüşüb
19:38 Prezident İlham Əliyevin sosial media hesablarında Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı videoçarx paylaşılıb - VİDEO
19:15 Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
19:06 Bəzi rayonlara dolu düşəcək, sulu qar yağacaq
19:03 Tramp Kuba ilə bağlı hərbi müdaxiləyə ehtiyac olmayacağını bildirib
18:25 Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
18:20 Ceyhun Bayramov: Biz real nəticələr verən, regional sabitliyi təmin edən çoxtərəfli sistemə sadiq qalırıq
18:15 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - YENİLƏNİB-1
Təqvim