BMT baş katibi Pan Gi Mun Doha şəhərində Qətər əmiri Tamim bin Xamad əl Tani və Fələstin lideri Mahmud Abbasla görüşlər keçirib.
APA BMT-nin Xəbər Mərkəzinə istinadən bildirir ki, Pan Gi Munun Yaxın Şərq turnesinin məqsədi uzunmüddətli atəşkəsə nail olmaq üçün İsrail və Fələstinə kömək etməkdir.
BMT baş katibi tərəfləri beynəlxalq hüquqa hörmət etməyə, habelə zorakılığı dayandırmağa çağırıb.
Pan Gi Mun Qətərdan sonra Küveyt, Qahirə, Qüds, Ramallah və Əmmana səfər edəcək.
.
