ABŞ Dövlət katibi Entoni Blinken Çin xarici işlər naziri Van İ ilə görüşəcək.

"Washington Post" xəbər verir ki, bu barədə Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi bildirib.

Onun sözlərinə görə, tərəflər arasında görüş bu həftə Balidə keçiriləcək G20 ölkələrinin XİN rəhbərlərinin iclası çərçivəsində baş tutacaq.

ABŞ Dövlət Departamentinin rəsmiləri Blinkenin Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşməyəcəyini bildiriblər.

Qeyd edək ki, iyulun 7-8-də Balidə G20 ölkələrinin xarici işlər nazirlərinin iclası keçiriləcək.

.