ABŞ dövlət katibi Entoni Blinken Çinin hava şarı insidenti ilə bağlı Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Büro üzvü Vanq Yi ilə telefonla danışıb.

Bu barədə Blinken Tviter hesabında bildirib.

"Mən bu səhər Vanq Yi ilə danışdım və Çinin qəbuledilməz hərəkətləri fonunda Pekinə səfərimi təxirə saldım" – Blinken qeyd edib.

"Və bu gün Vanq Yi ilə söhbətimdə açıq şəkildə bildirdim ki, bu kəşfiyyat şarının ABŞ hava məkanında olması ABŞ-ın suverenliyi və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Bu, məsuliyyətsiz bir hərəkətdir və əsaslı müzakirələrə ziyan vurur”, - dövlət katibi bildirib.

.