Biznesmeni soyan dəstə: “Gördük pulu var, dedik “polojna”dır”

6,249 oxunub

Bakı şəhər sakini 102 zəng mərkəzinə müraciət edərək naməlum şəxslərin ona hücum etdiyini və fiziki zor tətbiq etdikdən sonra cibində olan 7 min manat pulu ələ keçirdiklərini bildirib.

ARB TV xəbər verir ki, BŞPİ və Nizami rayon polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Saatlı rayon sakinləri Tural Ağahüseynov, Surxay Cəfərov, Namiq Aydınov, Rauf Azadov tutulublar. İlkin dindirilmə zamanı günahlarını etiraf edən şəxslər törətdikləri cinayəti də anbaan təsvir ediblər.

Tural Ağahüseynov - saxlanılan şəxs: "Oğlan gedib maşına minəndə dedi ki, qızılsatandır. Düşündük ki, cibindən 500-1000 manat çıxar. Döymək falan olmayıb. Özü dedi ki, gözləyin pulu verirəm. 7 min pul çıxdı. Rauf da qaz balonun üzünə fısqırtdı ki, arxamızca gəlməsin".

Tural Azadov - saxlanılan şəxs: "Maşına minən kimi gördük ki, başında papaq var. Papağı başına keçirib pulu istədik. Qaz balonun üzünə sıxdım gəlməməsi üçün. Bir az gəldi, sonra gəlmədi. 7 min pul idi, adama 1750 manat böldük".

Namiq Aydınov - saxlanılan şəxs: "Demişəm ki, bu adamda pul var. Qızıl-mızıl işinə baxır. Fikrləşdik ki, bu belə işlərlə məşğuldursa, buna "polojnadır".


.
XƏBƏRLƏR 27-09-2026
08:29 Əraqçi: Şərtlərimizdən geri çəkilməyəcəyik; Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
08:26 Azərbaycan XİN 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
08:15 Pezeşkian: Məkkə ittifaqı müsəlmanların birləşməsi üçün atılmış addımdır
08:10

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

08:03 Prezidentin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
26-09-2026
20:01 Tramp: Putin və Zelenski bəlkə də qışdan əvvəl razılaşma əldə edəcəklər
19:50 Lavrov Ukraynada müharibə başlayandan sonra ilk dəfə Almaniyanın xarici işlər naziri ilə görüşüb
19:38 Prezident İlham Əliyevin sosial media hesablarında Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı videoçarx paylaşılıb - VİDEO
19:15 Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
19:06 Bəzi rayonlara dolu düşəcək, sulu qar yağacaq
19:03 Tramp Kuba ilə bağlı hərbi müdaxiləyə ehtiyac olmayacağını bildirib
18:25 Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
18:20 Ceyhun Bayramov: Biz real nəticələr verən, regional sabitliyi təmin edən çoxtərəfli sistemə sadiq qalırıq
18:15 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - YENİLƏNİB-1
18:06 İran Ali Milli Təhlükəsizlik Şurası: Hava məhdudiyyətlərinin aradan qaldırılması üzrə danışıqlar davam edir
Təqvim