Bir şagirddən ibarət sinif – Azərbaycanda qeyri-adi məktəb (Video + Foto)

6,237 oxunub

Xaçmaz rayonu Ağarəhimoba kənd ibtidai məktəbində 24 şagird təhsil alır. Şagirdlərin az olması səbəbindən siniflər komplektləşdirilib.

Bununla bağlı "ARB Günəş”də yayımlanan sujetdə bildirilir ki, 1-ci sinif ilə 3-cü sinif bir otaqda, 2 və 4-cü sinif şagirdləri də digər bir otaqda bərabər dərs keçirlər.

Tədris işləri ilə 2 müəllim məşğul olur. Məktəbin digər maraqlı cəhəti də odur ki, 4-cü sinifdə yalnız bir şagird oxuyur. Aytac Məmmədova özündən 2 yaş balacalarla bir yerdə təhsil alır. Birləşmiş siniflərdə dərs keçməyin müəyyən çətinlikləri var. Belə ki, 45 dəqiqə ərzində hər iki sinfə vaxt ayırmaq lazımdır.

İbtidai sinfi bitirən məktəblilər təhsilini davam etdirmək üçün qonşu Qadaşoba kənd tam orta məktəbinə üz tuturlar.

Aytac Məmmədova: "Mən 4-cü sinifdə oxusam da 2-ci sinif dostlarıma kömək edirəm. Düzdür, mənim sinif yoldaşım yoxdur, amma mən onları özümə sinif yoldaşı kimi qəbul etmişəm”.

Yenizaman.az

.
XƏBƏRLƏR 27-09-2026
08:29 Əraqçi: Şərtlərimizdən geri çəkilməyəcəyik; Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
08:26 Azərbaycan XİN 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
08:15 Pezeşkian: Məkkə ittifaqı müsəlmanların birləşməsi üçün atılmış addımdır
08:10

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

08:03 Prezidentin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
26-09-2026
20:01 Tramp: Putin və Zelenski bəlkə də qışdan əvvəl razılaşma əldə edəcəklər
19:50 Lavrov Ukraynada müharibə başlayandan sonra ilk dəfə Almaniyanın xarici işlər naziri ilə görüşüb
19:38 Prezident İlham Əliyevin sosial media hesablarında Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı videoçarx paylaşılıb - VİDEO
19:15 Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
19:06 Bəzi rayonlara dolu düşəcək, sulu qar yağacaq
19:03 Tramp Kuba ilə bağlı hərbi müdaxiləyə ehtiyac olmayacağını bildirib
18:25 Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
18:20 Ceyhun Bayramov: Biz real nəticələr verən, regional sabitliyi təmin edən çoxtərəfli sistemə sadiq qalırıq
18:15 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - YENİLƏNİB-1
18:06 İran Ali Milli Təhlükəsizlik Şurası: Hava məhdudiyyətlərinin aradan qaldırılması üzrə danışıqlar davam edir
Təqvim