Deputat Cavanşir Feyziyev barəsində xüsusi ittiham qaydasında şikayət olunub.

Bir qrup jurnalist C.Feyziyevin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunmasını tələb edib.

Şikayət Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatına verilib. Məhkəmənin ilkin baxış iclası fevralın 17-ə təyin edilib.

Qeyd edək ki, Milli Məclisin deputatı Cavanşir Feyziyev sosial şəbəkə hesabında bir qrup jurnalistin ünvanına xoşagəlməz ifadələr yazıb.

Buna səbəb isə London Məhkəməsində Feyziyevlər ailəsinə məxsus 5 milyon funt-sterlinqlə bağlı qalmaqal olub.

.