2015-ci il mayın 19-da Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında aralarında uşaqlar da olmaqla, 15 nəfərin həlak olması, 50-dən çox insanın xəsarət alması ilə nəticələnən yanğından 2 il keçir.

Bu iş üzrə açılmış cinayət işi üzrə 2017-ci il yanvarın 27-də hökm oxunub.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə həmin binada üzləmə işlərini həyata keçirən "Global Construction” şirkətin təsisçisi Miryusif Mahmudov 8 il, şirkətin direktoru Uğur Bəşirov 5 il, müavin Ələkbər Əsgərov 4 il, Binəqədi rayon icra başçısının müavini Qəzənfər Novruzov 4 il, icra hakimiyyətinin şöbə müdiri Ədalət Rəcəbov 4 il, ”JEK” müdiri Nizami Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Digər təqsirləndirilənlər - "Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Akif Əlibəyova isə şərti cəza verilib.
Onlar Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirli biliniblər.

Rəşad VAQİFOĞLU

Fotolar: Elşən Baba
.