Avqustun 8-9-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Naxçıvan MR, Cəbrayıl, Goranboy, Naftalan, Daşkəsən, Mingəçevir, Cəlilabad, Biləsuvar, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Qusarda sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
.
