Beyin infarktından bir saat əvvəl ortaya çıxan ilk simptomlar arasında şiddətli baş ağrısı, ürəkbulanma, hərəkətlərin zəif koordinasiyası, görmənin azalması və əllərdə uyuşma hissi var.

Bu barədə rusiyalı terapevt, kardioloq Əzizxon Əsgərov xəbərdarlıq edib.

“Bu, sözün əsl mənasında, yarım saat və ya bir saat ərzində - arteriya tıxandıqda, beyin infarktı başlayanda baş verir”, - deyə Əsgərov bildirib.

Həkim əlavə edib ki, beyin zədələnməsi triadada özünü göstərir.

“Belə ki, insan huşunu itirə və nitqini dəyişə bilər – danışığı pozulacaq, rabitəsiz, qarışıq və ya yavaş olacaq. Bundan əlavə, koordinasiya problemləri qeyd olunur: xəstə gəzə bilmir və yıxılır, qollarında və ayaqlarında əzələ tonusu azalır”, - deyə mütəxəssis bildirib.

.