Bərdə rayonunda qəbiristanlığında xoşagəlməz hadisə baş verib. 


Teleqraf.com xəbər verir ki, dekabrın 11-də Bərdə şəhər sakini Zülfü Əmrəliyev polis şöbəsinə müraciət edərək sentyabrın 11-də Cəyirli kənd qəbiristanlığında dəfn edilmiş qardaşının məzarının mərmərdən olan sinə daşı və 2 ədəd güldanın oğurlandığını bildirib. 


Bərdə rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Ceyhun Sadıqov saxlanılıb. 


Onun həmin qəbiristanlıqdan daha 1 məzarın mərmərdən olan sinə daşını oğurladığı  müəyyən edilib.

.