Nizə tullama növündə çıxış edən BƏƏ paralimpiyaçısı Abdulla Hayaey Londonda məşq edərkən bədbəxt hadisə nəticəsində ölüb.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Paralimpiya Komitəsinin rəsmi saytında məlumat verilib.
Qeyd olunub ki, Abdulla məşq edərkən onun üzərində metal dirək düşüb. İdmançı yerindəcə keçinib.
36 yaşlı idmançı iyulun 14-dən 23-dək Londonda keçiriləcək Dünya Çempionatına hazırlaşırmış. İndi onun xatirəsini yad etmək üçün yarışların açılış mərasimində bir dəqiqəlik sükut elan olunacaq.
.
