Bazar ertəsi axşamdan çərşənbə axşamı səhər saat 6-ya qədər Moskva bölgəsinə doğru 430-dan çox dron uçub.

Bu barədə Moskvanın meri Sergey Sobyanin məlumat verib.

O dronlardan əksəriyyətinin uzaq məsafədən hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyini, Moskvaya yaxınlaşarkən isə 36 dronun vurulduğunu bildirib.

"Bazar ertəsi axşamından səhər saat 6-ya qədər Moskva bölgəsinə 430-dan çox dron uçub. Onların əksəriyyəti uzaq məsafədə hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Moskvaya yaxınlaşarkən 36 düşmən dronu məhv edilib", - mer bildirib.

.