Hər bayramın özünəməxsus adətləri olduğu kimi süfrə təamları da digərlərindən seçilir. Bayram süfrəsini bəzəyən ərzaqların tədarükü görülür. Qiymətlərin dəyişəcəyini güman edən sakinlər süfrəyə düzüləcək nemətlərin ərzağını indidən almağa başlayırlar. Yenizaman.az ARB Cənub-a istinadən bildirir ki, yeni il qabağı diri quşlara, xüsusən qaz, hinduşkay və ördəyə tələbat artdığından təsərrüfatında il boyu bu quşları bəsləyənlər bayramı fürsət bilib onları bazara çıxarırlar.
Müşahidə etdik ki, satılan quşların bir çoxu elə satıcıların öz təsərrüfatındandır. Necə deyərlər 2-3 cüt quş satmaqla bayram xərclərini qarşılamağa çalışırlar. Hazırda bazarda alıcılara Hinduşkanın bir cütü əsasən 40-50 manata, qaz 36-40 manata, ördək isə 12-16 manata təklif olunur. Fermerlər də hazırda diri quşa tələbatın artıdığını bildirirlər.
Çəkiliş apardığmız zaman bazarda qaz,ördək hinduşka, toyuqla yanaşı qırqovul və bildirçinin satıldığını da gördük. Bir bildirçin 2 manata satılsa da, qırqovulun qiyməti xeyli bahadır. Alıcıların da narazılığı əsasən elə qiymətlərdən oldu.
Yeri gəlmişkən onuda bildirək ki, bazarda diri quşa artan tələbat kəsilmiş toyuqların satışını azaltmayıb.
Təqvimin dəyişilməsinə hələ 2 həftədən də çox vaxt qaldığını nəzərə alsaq onda bazarda diri quşlara tələbatın daha da artacağını, qiymətlərin isə bir qədər yüksələcəyini ehtimal etmək olar.
