ABŞ Prezidenti Co Bayden ümid edir ki, ölkədə həyat pandemiyanın sona çatması ilə təxminən bir il içində əvvəlki məcrasına qayıdacaq.

Bu barədə “RİA Novosti" məlumat yayıb.

"Bu suala cavab verməməyim barədə mənə xəbərdarlıq edilib, çünki dəqiq bilmirik. Amma ümid edirəm ki, gələn il bu vaxta qədər normal həyata qayıdacağıq, bəlkə də daha tez”, - deyə ABŞ lideri jurnalistlərin sualına cavabında bildirib.

.