ABŞ Prezidenti Co Bayden Nyu-Yorkda 11 sentyabr hücumlarının qurbanlarının anım mərasimində qəribə jest ilə yadda qalıb.

Bu barədə Ağ Evdə müxbir kimi çalışan Çarli Spayrinq öz “Twitter”ində məlumat yayıb.

Mərasim zamanı ABŞ prezidenti qəflətən maskasını çənəsinə doğru çəkərək nə isə qışqırıb.

Lakin Ç.Spayrinq Co Baydenin konkret olaraq hansı ifadəni işlətdiyini qeyd etməyib.

 

.