"Hökumət dünya iqtisadiyyatında gedən prosesləri yaxından izləyir və qabaqlayıcı tədbirlər görür”.
Bunu Baş Nazir Əli Əsədov Nazirlər kabinetinin 2019-cu il üzrə fəaliyyətinə dair təqdim etdiyi videohesabatda deyib.
Baş Nazir bildirib ki, neftin qiymətinin düşməsinin ölkə iqtisadiyyatına mənfi təsirlərini azaltmaq üçün Azərbaycan müvafiq alətlərə malikdir və bu alətlər çevik şəkildə həyata keçirilir: "Təsdiq olunmuş vahid tədbirlər planı hökumət tərəfindən vaxtında və tam icra olunacaq. Azərbaycan hökuməti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını təmin etmək üçündür”.
Əli Əsədov: "Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdədir, biz bu ağır sınaqdan minimum itki ilə çıxmalıyıq”
"Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdədir, tibbi və digər ləvazimatlar yetərincədir”.
Bunu Baş Nazir Nazirlər kabinetinin 2019-cu il üzrə fəaliyyətinə dair təqdim etdiyi videohesabatda deyib.
Baş Nazir bildirib ki, koronavirus pandemiyasının qarşısını almaq üçün ölkə prezidentinin 27 fevral tarixli sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb: "Martın 24-dən aprelin 20-dək xüsusi karantin rejimi elan olunub. Martın 29-dan xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı qərar verilib. Görülən bütün tədbirlər yalnız bir məqsəd güdür. Biz bu ağır sınaqdan minimum itki ilə çıxmalı, əhalinin sağlamlığını qorumalıyıq”.
"Həyata keçirilən tədbirlər nəticəsində 2019-cu ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 2,6% təşkil edib”.
Bunu Əli Əsədov Nazirlər kabinetinin 2019-cu il üzrə fəaliyyətinə dair təqdim etdiyi videohesabatda deyib.
Baş Nazir bildirib ki, işsizliyin səviyyəsi isə ən aşağı - 4,8% olub: "Dövlət büdcəsinin gəlirləri 24,2 milyard manat, xərcləri isə 24,4 milyard manat təşkil edib. 2019-cu ildə ilk dəfə olaraq Neft Fondunun aktivləri 40 milyard manatı ötüb. Xarici borc 9 milyard 91 milyon manat olub, bu da ÜDM-in 18,9%-i deməkdir. Keçən il investisiyaların 70%-i daxili, 30%-i isə xarici investorlar hesabına həyata keçirilib. Hesabat ilində xarici ticarət dövriyyəsi 33,1 milyard dollar olub, müsbət saldo 5,8 milyard dollara çatıb”.
"İndiyədək Nazirlər Kabineti ilə Milli Məclisin birgə uzlaşdırılmış fəaliyyəti bütün sahələrdə vahid dövlət siyasətinin həyata keçirilməsini şərtləndirib”.
Bunu Əli Əsədov Nazirlər kabinetinin 2019-cu il üzrə fəaliyyətinə dair təqdim etdiyi videohesabatda deyib.
Ə. Əsədov bildirib ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək: "Ölkə başçısı tərəfindən həyata keçirilən struktur və kadr islahatları digər qurumlar kimi, Nazirlər Kabinetinin də fəaliyyətinə stimul verməkdədir. 2019-cu il islahatlar ili kimi yadda qalıb. Əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində görülən tədbirlər nəticəsində 2019-cu ildə Azərbaycan "Doing Business” hesabatında ən islahatçı 20 ölkə arasında yer alıb”.
.
