İspaniya Kral Kubokunda "Atletiko”nu üstələyərək, finala vəsiqə qazanan "Barselona” həlledici matçda 2 futbolçusunun xidmətindən məhrum olacaq. Buna səbəb yarımfinal mərhələsinin cavab qarşılaşmasında Serxi Roberto və Luis Suaresin qırmızı vərəqə almasıdı.
Lakin Kataloniya klubu uruqvaylı hücumçuya göstərilən qırmızı vərəqə ilə razı deyil. "Barselona” rəhbərliyi bununla bağlı rəsmi müraciət etməyə hazırlaşır. Belə ki, matçın sonlarında Suaresin aldığı ikinci sarı vərəqənin haqsız olduğunu düşünən kataloniyalılar apellyasiya şikayəti edəcəklər.
Futbolçunun özü də həmin epizodda hakimin düzgün qərar qəbul etmədiyini bildirib: "Aldığım ikinci sarı vərəqə sadəcə gülməli idi. Orda qayda pozuntusu yox idi, heç nə etməmişdim. Ümid edirəm ki, klub vəziyyəti düzəldəcək”.
apasport.az
.
