Futbol üzrə İspaniya çempionatının 33-cü turunda "Real” və "Barcelona” klubları arasında baş tutan görüşün maraqlı dəqiqlərinin videogörüntüləri yayılıb.
Ötən gün baş tutan görüş 3-2 hesabı ilə katoloniyalıların xeyrinə başa çatıb. Qaliblərin hesabına yazılan qollardan ikisini Lionel Messi, birini İvan Rakitiç vurub. "Real” klubunda isə Kazemiro və Hames fərqlənib.
