İspaniya La Liqasının təmsilçisi "Barcelona” klubu türkiyəli futbolçu ArdaTuranı satış siyahısına əlavə edib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, klub prezidenti Jozep Bartomeu ilə baş məşqçi Valverde arasında baş tutan görüşdən sonra bu barədə qərar qəbul olunub.
Siyahıda 6 futbolçunun adı qeyd edilir.
Məlumata görə, klub rəhbərliyi Arda Turanı ən çox pul təklif edən kluba satacaq.
Arda Turan artıq Çindən təklif alsa, təklifi qəbul etməyib. Türkiyəli futbolçunun Qalatasaray klubuna gedəcəyi iddia edilsə də, Qalatasaray rəhbərliyi bunun maliyyə baxımından mümkün olmadığını açıqlayıb. Bundan başqa İngiltərənin Arsenal və İtaliyanın İnter klubları da Arda Turanla bağlı danışıqlara başlayıblar.




