Balaca Amirin həyatını xilas etmək üçün 2 milyon dollar lazımdır. 
Amir Tağıyev cəmi 11 aylıqdır və o, artıq xəstəxanalarda günlərini keçirməyə məcburdur. 
Uşağın atası Şahmurad Tağıyev bildirib ki, oğluna onurğa əzələlərinin atrofiyası (SMA) diaqnozu qoyulub. 
Həkimlərin sözlərinə görə, SMA xəstəliyi olan uşaqlar üçün sağalmağın yeganə yolu "ZOLGENSMA" iynəsinin vurulmasıdır, onun qiyməti isə 2 milyon dollardan çoxdur. Balaca Amirin ailəsi insanların kömək etməsi üçün sosial şəbəkələrdə səhifə yaradıblar. İanələrin köməyi ilə onlar 32.000 AZN-ə yaxın pul toplaya biliblər. 
Amir indi 11 aylıqdır. Ayaqlarını hərəkət etdirə bilmir, qollarının hərəkəti məhduddur və vaxt keçdikcə, əzələləri daha çox atrofiyaya uğrayır. Buna görə də inyeksiya mümkün qədər tez vurulmalıdır. 
“Həmçinin həkimin fikrincə, bunu nə qədər tez etsək, fəsadları bir o qədər az olar və sonrakı reabilitasiya dövrü asanlaşacaq. Reabilitasiya dövrünə əzələlərdə hərəkətliliyi bərpa etmək üçün fizioterapiya və xüsusi fiziki fəaliyyət kursları daxildir. 
Bu inyeksiya müxtəlif ölkələrdə qeydə alınıb: Dubayda, Avropada, Amerikada və s. Biz indi müxtəlif klinikalara məktublar yazırıq və inyeksiyanın mövcudluğu və qiyməti ilə bağlı konkret cavab gözləyirik. Xeyirxah insanların köməyinə ümid edirik. Oğlumuzu xilas etməyə kömək edin!”- Amirin atası deyib. 
Xeyirxah insanları bu ailənin dərdinə şərik olmağa və imkanları daxilində yardım etməyə çağırırıq. 

Əlaqə nömrəsi:  +994 55 921 05 94 ( Şahmurad Tağıyev) 
Kart nömrəsi: Beynəlxalq Bank 4127 2093 0967 6978 (SHAHMURAD TAGHIYEV adına)

.