Bakıda məişət tullantıları yığılmış ərazidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Yenizaman.az-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Baksol yolunda məişət tullantıları yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək./apa/

.