Neftçala rayon sakinləri Bakıda iki nəfəri bıçaqlayıb.
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də saat 00.50 radələrində 28 may küçəsində Bakı şəhər sakinləri, 1980-cı il təvəllüdlü Tehran Hacıyevə və 1986-cı il təvəllüdlü Rəşad Mustafayevə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən, Neftçala rayon sakinləri - 1993-cü il təvəllüdlü İlham Dadaşov, 1992-ci il təvəllüdlü Nurulla İsgəndərov, 1997-ci il təvəllüdlü Vüqar Soltanov və 1993-cü il təvəllüdlü Səmid Hüseynov müəyyən olunaraq tutulub.


.