
Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Məhkəmə şuraları sədrlərinin 3-cü iclası keçirilib.
Toplantıda Azərbaycan, Türkiyə, Qırğız Respublikası, Özbəkistan, Qazaxıstan, eləcə də Şimali Kipr Türk Cümhuriyyətinin məhkəmə və bu sahədə tənzimləyici orqanlarının rəhbərləri iştirak edib.
Azərbaycan Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəməsinin sədri İnam Kərimov deyib ki, toplantının keçirilməsi təşəbbüsü ilk dəfə 2024-cü ilin may ayında İstanbul görüşündə irəli sürülüb və yüksək qiymətləndirilib: "Həmin təşəbbüs konkret hüquqi əməkdaşlığımızın institutlaşması istiqamətində önəmli bir addımdır”.
Türk Dövlətləri Təşkilatının baş katibi Kubançibek Ömüraliyev TDT-yə üzv ölkələrin hakimlərinin Ali Məhkəmə Şurasının yaradılması haqqında bəyannamənin 2023-cü ilin oktyabrında keçirilən Şuşa görüşündə imzalandığını xatırladıb: "Ötən il, həmçinin Ədliyyə Nazirlərinin ilk görüşünü Qazaxıstanda keçirdik. Ümid edirik ki, Türk Dövlətləri Təşkilatının Məhkəmə Şuralarının növbəti görüşünün 2026-cı ildə İstanbulda keçirilməsinə dair qərar qəbul olunacaq".
"Bakıda keçirilən iclasda iştirakımız və imzalayacağımız bəyanamə insan və vətəndaş hüquqlarının qorunmasına və bərpasına xidmət etməli, töhfə verməlidir".
Qırğız Respublikasının Hakimlər Şurasının sədri Aida Seidakmatova vurğulayıb ki, Bakıda keçirilən bu iclasda iştirak və bəyannamənin imzalanması insan və vətəndaş hüquqlarının qorunmasına, habelə bərpasına xidmət etməlidir.
Türkiyənin Hakimlər və Prokurorlar Şurasının sədri Füzuli Aydoğdu 2024-cü ilin mayında İstanbulda keçirilən iclasda ümumi bir şəbəkənin yaradılması qərara alındığını əsasnaməsinin hazırlandığını söyləyib: "Biz bu gün burada bir mətnə imza atmırıq, həm də qardaşlığımızı daha da möhkəmləndirməsi istiqamətində addım addım atırıq. Yaradılacaq şəbəkə bizim qurumlarımız arasında ortaq problemlərin həlli yollarının tapılması üçün mühüm platforma olacaq. 2021-ci ildə qəbul edilən "Türk Dünyası 2040" sənədi digər parametrlərlə bərabər hüquq və ədalət sahəsində əməkdaşlığın genişləndirilməsini şərtləndirib. Məhkəmə sistemi hakimiyyətin təməl daşıdır və biz güclü və tərəfsiz məhkəmə sisteminin qurulmasına cavabdehlik daşıyırıq".
Toplantının yekununda Türk Dövlətləri Təşkilatının Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi imzalanıb.
***
Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Məhkəmə şuraları sədrlərinin 3-cü iclası işə başlayıb.
Toplantıda Azərbaycan, Türkiyə, Qırğız Respublikası, Özbəkistan, Qazaxıstan, eləcə də Şimali Kipr Türk Respublikasının məhkəmə və bu sahədə tənzimləyici orqanlarının rəhbərləri iştirak edir.
Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəməsinin sədri İnam Kərimov deyib ki, bu təşəbbüs ilk dəfə 2024-cü ilin may ayında İstanbulda keçirilən görüşdə irəli sürülüb və yüksək qiymətləndirilib: "Həmin təşəbbüs konkret hüquqi əməkdaşlığımızın institutlaşması istiqamətində önəmli bir addımdır. Hesab edirəm ki, Əsasnamənin imzalanması ilə tərəfdaş dövlətlər arasında məhkəmə-hüquq sahəsində çoxtərəfli və davamlı əməkdaşlığın hüquqi əsası yaradılacaq. Bu çərçivədə birgə layihələrin icrası, elmi-tədris proqramlarının təşkili, hakimlərin etik və peşəkar hazırlığı, ortaq hüquqi tədqiqatların aparılması və davamlı təcrübə mübadiləsi üçün etibarlı bir platforma formalaşdırılacaq. Bu proses türk dövlətlərinin ortaq hüquq mədəniyyətinin daha da dərinləşməsinə, ədalət və qanunun aliliyi prinsiplərinin geniş təbliğinə mühüm töhfə verəcək".
Qeyd olunub ki, bu gün tədbirdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin yaradılması barədə Əsasnamənin imzalanması nəzərdə tutulur.
.