Bakıda taksi sürücüsünə qarşı quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, "Baksol” yaşayış sahəsində Füzuli rayon sakini Xaləddin Məmmədovun idarə etdiyi "Opel” markalı avtomobilə sərnişin qismində 3 nəfər əyləşib.
Taksi sürücüsünə Sabunçuya gedəcəklərini bildirən müştərilər qəsəbə ərazisində sürücünü bıçaqla hədələyərək pul verməsini tələb ediblər.
Xaləddin Məmmədov pulunun olmadığını dedikdə quldurlar onu avtomobildən düşürüblər və həmin nəqliyyat vasitəsi ilə hadisə yerini tərk ediblər.
Sabunçu və Nəsimi rayon polis idarələrinin, həmçinin yol polisi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Binəqədi rayonu ərazisində tapılıb.
Hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Vüsal Əliyev tutulub, digər 2 nəfər isə müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
